Azərbaycanın ənənəvi musiqisi (elektron baza)

 

 

Müasir şəraitdə ənənəvi mənəvi mədəniyyət, o cümlədən maddi mədəniyyət obyektləri milli özünüdərkin bir vasitəsi olub, insanı tərbiyələndirən və sö vasitələr surasındadır. Bu mənada onun qorunması və bərpası (lazım gələrsə), inkişafı və mənadaşıyıcı kimi qavranılması çox vacibdir. Cəmiyyətdə gedən müasir qloballaşma və inteqrasiya prosesləri ona gətirib çıxarır ki, insanlar öz tarixi- mədəni köklərini itirərək, öz simalarını itirmiş olurlar. Bu zaman antiqlobalist olmaq da vacib deyil, çunki bizim sivilizasiyanın davamlı inkişafı yalnız mədəni rəngrəngliyin, mozaikliyin qorunması şəraitində mümkündür.

Arxiv sahəsinin informasiyalaşdırılması – retrospektiv sənədli informasiyaya cəmiyyətin tələbatının ödənilməsi üçün optimal şəraitin yaradılması deməkdir. Müasir mərhələdə cəmiyyətin retrospektiv – zaman keçdikcə köhnəlməyən, əksinə əhəmiyyət kəsb edən informasiyaya artan tələbatının ödənilməsi isə arxiv informatizasiyası yolu ilə, beynəlxalq və yerli təcrübənin nəzərə alınması ilə mümkündür.

Bu gün informasiya resurslarının mühüm əhəmiyyəti dərk olunaraq, onun operativ, retrospektiv, tarixi təcrübə xarakterli olması dəyərləndirilmişdir ki, bu da insan fəaliyyətinin hərtərəfli olması və qərarlar qəbul olunması prosesi üçün vacibdir.

Hal-hazırda elektron sənədlərinin saxlanılmasında əsas problem informasiya daşıyıcıların fiziki qorunmasında deyil, müəyən müddətdən sonra onun əldə olunmasını təmin etməkdən ibarətdir.
Vətəndaş cəmiyyətinin təşəkkülündə milli qeyri-maddi irs bir sıra tərkib hissələrini özündə cəmləşdirir. Onlardan biri də canlı səslər, foto – sənədli irs, mədəni – mənəvi irs, epistolyar irs, o cümlədən, ən aktual olan Azərbaycan musiqisi xalqın ənənəvi bilikləri kimi.

Mədəni-tarixi informasiyalar milli ənənələrlə və tarixi yaddaşla qırılmaz surətdə bağlıdır; bütün ölkə ərazisində bu informasiyalardan sərbəst şəkildə istifadə olunması cəmiyyətin üzvi inkişafına xidmət edərək, milli şüurun vəhdətini təmin edir.
Layihənin əsas məqsədi ondan ibarətdir ki, hər bir insanın əlaqə vasitələrindən istifadə etməsi üçün lazımi şərait yaradılsın, dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və onu yaymaq azadlığı və öz əqidəsini qorumaq imkanı əldə edilsin.

Azərbaycanın ənənəvi musiqi irsi milli mədəni irsin ayrılmaz hissəsidir: Arxiv sənədlərinin təsviri, qorunması, saxlanılması, öyrənilməsi və istifadəsi problemlərinin həllini maddi və qeyri-maddi mədəniyyətin digər növləri üzrə uyğun prodlemlərin həlli ilə uzlaşdırmaq zəruridir.

Azərbaycanın ənənəvi musiqi irsi dünyanın ictimai-mülki irsinin ayrılmaz hissəsidir.

Azərbaycanın ənənəvi musiqi sənədləri ilə bağlı problemlərin kompleks həlli yeni audio-, informasiya kommunikasiya texnologiyalarından kənarda mümkün deyil; bu irsin qorunub saxlanılması və bərpası, öyrənilməsi və ondan icazəli surətdə istifadə edilməsi üçün bu texnologiyaların rolu böyükdür.

Layihənin strateji məqsədi gələcəkdə həllini tələb edən bütün anlayışlarla bağlı məsələləri nəzərdə tutur; belə anlayışlar sırasına «tarixi şəxsiyyət», «tarixi bilik», «intellektual mədəniyyət», «tarixi yaddaş fenomeni» kimi anlayışlar daxildir. O cümlədən, sonuncu anlayış dövrün tarixi hadisələrini nəzərdə tutan ictimai fərdin yaddaşını, fərdi və kollektiv şüurun qarşılıqlı münasibətini, şəxsin, qrupun, milli mənsubiyyətin – ümumilikdə vətəndaş cəmiyyətinin formalaşmasında onların rolunu ehtiva edir.

1. Tədris-informasiya üzrə müxtəlif maarifləndirici sahələr, hüquqi, antropoloji, etnoqrafik və başqa bilgilərlə tanışlıq üçün multmediya proqramlarınınelektron bazasının tərtibi istiqamətində dünya təcrübəsinin öyrənilməsi.

2.Azərbaycanın ənənəvi musiqisi haqqında elmi çap araşdırmalarından, audio-video məhsullarından və müxtəlif mənbələrdən məlumatların toplanması.

3.Azərbaycanın ənənəvi musiqilərinin müasir vəziyyətinə dair məlumatların tərtibi.

4.Respublika ərizisində yaşayan yerli əhalinin – azərbaycanlılar, eləcə də, etnik tərkibi müxtəlif olan musiqi mədəniyyəti ənənələrinə malik azsaylı xalqların: avarlar, udinlər, ləzgilər, saxurlar, kürdlər, talışlar, ermənilər, xınalıqlar, buduqlar, tatarlar, ukrayınlar, ruslar… və digərlərinin musiqili-etnoqrafik zonasının pasportlaşdırılması.

5.Multmediya proqramlarının çoxistiqamətliliyini nəzərə alaraq Azərbaycanın ənənəvi musiqisi haqqında azərbaycan, rus və ingilis dillərində online bazasını yaratmaq:

A) Hüquqi

B) Öyrənmək

C) Kommunikativ

Ç) Memorial

D) Maarifçi

E) Dəyərlilik

Ə) Pedaqoji

F) Elmi

G) İnformativ

Ğ) Tərbiyəvi

H) Estetik

6.«Azərbaycanın ənənəvi musiqisi»da əks olunmuş Azərbaycanın ənənəvi musiqisinin zənginliyini və çoxşaxəliyini, eləcə də öz mədəni-tarixi irsinə müəlliflik hüququnu təmin etmiş azərbaycan xalqını bütün dünyaya tanıtmaq.

7.Azərbaycanın təbii və mədəni resurslarının qorunmasına respublika rəhbərliyi, özəl sektor, vətəndaş cəmiyyəti sırasında maraq oyatmaq və onları mülki-hüquqi baza ilə təmin etmək.

8.Qloballaşma dövründə yerli əhali, mədəni turizm və ekoturizm nümayəndələri arasında konstruktiv mədəni  əlaqələr, Şərq-Qərb, Şimal-Cənub mədəniyyətlərarası dialoqun qurulması, respublikanın iqtisadiyyatına, sosial və mədəni inkişafına nail olmaq üçün «Azərbaycan ənənəvi musiqisi» məlumatlarından istifadə etmək.

9.Azərbaycanın milli dəyərlərinin bütün lazımi vasitələrlə, o cümlədən, qanunvericiliklə qorunması.





Yuxarı