Abbasqulu ağa Bakıxanov
"Mey rəngi yarın"
Mey rəngi yarın lalə üzündən alar hər an,
Ney də od alar sızlayaraq odlu baxışdan.
Aləmlərə yüksəldi məlahətləri yarın,
Ulduzlar arasında salıbdır cədəl hər yan,
Bir boş dəvə səhradə gedərkən, nə əcəbdir,
Ardınca düşüb qafilətək getdi, könül, can.
İsmət ətəyin yırtdı Züleyxa, bu səbəbdən,
Oldu onun öz pərdəyi-namusu pərişan.
Bülbül yuva tikmək diləyirkən bu çəməndə
Yaz keçdi, çəmən soldu, gəlib çatdı zimistan.
Sordun ki, nədir vəslinə naz, hicrinə nalə
Heyfa yarilə olmadı bu işlərə imkan.
Qüdsi, bu cahan dövlətinin payəsi yoxdur,
Kavusi-Keyin halına bax, ibrət al ondan.

Dilkəş.
Oxuyur: Nəzakət Məmmədova.
(AUDİO)
Loading the player...