Muğam sənəti / Simfonik muğamlar

Simfonik muğam janrı 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. Lakin janrın əsası Ü.Hacıbəylinin ilk muğam operalarında qoyulmuşdur. Bu operalarda muğam ilk dәfә olaraq Avropa opera janrı ilә birlәşdirilmişdi. “Leyli vә Mәcnun” operasında Heyratı (Nofәlin partiyası) vә Arazbarı zәrbi muğamlarından istifadә buna misaldır. Ü.Hacıbəylinin “Aşıqsayağı” kamera-instrumental әsәri dә muğam-improvizasiya üslubunda yazılmışdır. Ü.Hacıbəylinin, M.Maqomayevin öz әsәrlәrindә simfonizmi fәal surәtdә Azərbaycan musiqisinә gәtirmәlәri, һәmçinin simfonik janrda yazan yeni bәstәkar nәslinin (Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbәyov vә b.) yetişmәsi simfonik muğamın yaranmasına rәvac verdi.

Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan, tədrici ardıcıllıqla yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur. Dünya simfonik ədəbiyyatında yeni orijinal janrın yaranması uzun müddətli hazırlıq işinin bəhrəsidir. Bu ideyanı F.Əmirova görkəmli sənətkarımız BülmBül vermiş, ideyanı həyata keçirməyə isə ona Q.Primov, S.Şuşinski və bilavasitə C.Qaryağdıoğlu kömək etmişlər (muğamları C.Qaryağdıoğlu oxumuşdur). Bütün təsnif və rənglərin əsasını əsl xalq mahnıları təşkil edir.

Bəstəkar “Şur” və “Kürd - ovşarı” simfonik muğamlarında ilkin mənbəyə istinad edərək, bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcılıq təxəyyülü ilə zənginləşdirmiş, orkestr boyalarının əlvanlığına nail olmuşsa (hər iki əsər 1949-cu ildə Dövlət mükafatına layiq görülüb), “Gülüstan – bayatı – şiraz” (1971) simfonik muğamını yeni tərzdə qələmə almışdır. Burada xalq muğamları Avropa musiqi formaları ilə uzlaşdırılır, muğam şöbələrinin kontrast ardıcıllıq prinsipi saxlanılır, muğamın melodiyası kiçik lövhələrlə şərh edilərək, sərbəst inkişaf etdirilir.

Bir çox Azərbaycan bəstəkarları da bu janra müraciət etmişlər. Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, T.Bakıxanov “Humayun”, “Nəva”, “Rahab”, Vasif Adıgözəlov “Segah”, Eldar Mansurov “Mahur Hindi” və s. simfonik muğamlarını yaratmışlar.

 

 Adıgözəlov Vasif. Segah. 
Loading the player...

 

 Bakıxanov Tofiq. Simfonik muğamlar.
Şahnaz

Loading the player...
Rahab

Loading the player...
Humayun

Loading the player...
Nəva

Loading the player...
Nəva (ardı)

Loading the player...

 

 Ələsgərov Suleyman. "Bayatı-Şiraz"
Loading the player...

 

Əmirov Fikrət.  "Şur", dirijor Niyazi
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri.
Loading the player...

 

 Əmirov Fikrət. "Şur", dirijor Silvio Barbato. (Italiya)
Loading the player...
Loading the player...

 

 Əmirov Fikrət. "Gülüstan Bayatı-Şiraz", dirijor Silvio Barbato. (Italiya)
Loading the player...
Loading the player...
Loading the player...

 

 Əmirov Fikrət.  "Kürd ovşarı", dirijor Silvio Barbato. (Italiya)
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri.
Loading the player...

 

 Əmirov Fikrət. "Kürd ovşarı", dirijor Silvio Barbato. (Italiya)
Loading the player...
Loading the player...
Loading the player...
Loading the player...

 

 Niyazi.  "Rast", dirijor Niyazi
Loading the player...

 





Yuxarı