Elektron kitabxana / Halay kitabı

 

Azərbaycan xalq musiqi yara­dı­cılı­ğının bir qolu olan folklor, çoxşaxəli məfhum kimi öz janr tiplərinə görə fərqlənir. Azərbaycan musiqisində şifahi ənənəli xalq mu­si­qi­si­lə yanaşı, şifahi-professional musiqi janrları da möv­cuddur. Belə janrlara muğam sənəti və aşıq yaradıcılığı aiddir. Bu haqda Vaqif Vəliyev belə yazır: «Geniş xalq kütlə­sinin yaradıcılıq məhsulu olan folkloru tədqiq edib öyrənmək ücün ona yaxın olan bir necə elm sahəsini bilmək lazımdır: a) şifahi xalq ədəbiyyatı tarixlə əlaqəli surətdə öyrə­nilməlidir. «...Bir xalqın folklorunu bilmədən onun ta­rixini öyrənmək mümkün olmadıgı» kimi (M.Qorki), xalq ədə­biy­yatını da mənsub oldugu xalqın tarixini bilmədən öyrənmək olmaz; b) şifahi ədəbiyyat xalqın həyat və məişəti, adət və ənənəsi ilə qırılmaz tellərlə baglıdır; c) folklor, hər şeydən əvvəl, mənsub oldugu xalqın canlı danışıq dilinin bütün incəliklərini özündə əks etdirən qiymətli bir xəzinədir. Ona görə də Azərbaycan folklorunu öy­rə­nən və tədqiq edən şəxs etnoqrafiyanı, onun əsas xüsu­siy­yət­lərini bilməlidir».

Bu xüsusda biz talış etnik qrupunun musiqi folklorunu öyrənirik və Azərbaycanda azsaylı xalqların musiqi mədəniyyətinin və musiqi etnoqrafiyasının öyrənilməsi müasir dövrdə elmi maraqlar baxı­mından böyük aktuallıq kəsb edir. Digər tərəfdən, müstəqil Azər­bay­canda azsaylı xalqların mədəniyyətinin, dili­nin, folklorunun qorunması, yaşadılması, təbliği və öyrənilməsi istiqamətində hə­ya­ta kecirilən dövlət mədəniyyət tədbirləri də tədqiq etdiyimiz toplunun aktuallığını əsaslandırır. 

Araşdırdığımız bu toplu Azərbaycanın cənub bölgəsinə yö­nəl­miş, bu bölgədə yaşayan talışların «Halay» rəqs mahnılarında musiqi-nəzəri və poetik xüsusiyyətlər baxımından vacib olan də­yər­li elementlərin üzə çıxarılmasından ibarət olmuşdur.

Qədim «Halay» rəqs mahnılarının musiqişünaslıq aspekt­lə­rin­dən araşdırılmasına ehtiyac və tələb, hər zaman aktual mə­sələ­lər­dən biri olmuşdur. «Halay» rəqs mahnıları Azərbaycanın həm Lən­kə­ran-Astara, həm Naxçıvan bölgə­lərində  mövcuddur. Belə mah­nı­lara nəinki Azərbaycanın bölgə­lərində, hətta Azərbaycanın sər­həd­lərindən kənarda olan  İran, Türkiyə  və  başqa  ölkələrdə də  rast  gəlinir. «Halay» rəqs mahnıları haqqında ilk məlumat hələ XX əsrin əvvəllərində Ü.Hacıbəyli və M.Maqomayev yaradı­cı­lıq­la­rından bizə bəllidir. Məhz bu professional bəstəkar və mu­siqi­şü­nas­lar ilk dəfə «Halay» rəqs mahnılarından öz  əsərlərində istifadə et­mişlər. Bu haqda B.H.Hüseynbalaoğlu və M.Talışlının «Lən­kə­ran» kita­bında belə yazılır: «Nümunə üçün bunu göstərmək ki­fa­yət­dir ki, talış mahnılarından «Limo-limo, ay limo, Zardə çəmə ay li­mo» adlı mahnının melodiyasını biz Ü.Hacıbəylinin «Arşın mal alan» operettasının eyni musiqi vahidlərində:  «Arşın malçı mal gös­tər, Bir-bir yerə sal göstər» şəklində eşitmişik.

M.İ.Həkimov «Azərbaycan şifahi xalq ədəbiyyatına dair təd­qiq­lər»   kitabının dördüncü cildinin «Xalq mövsümləri və aşıq sə­nə­ti» adlı məqaləsində «Halay» janrının bir xalq folklor sənəti ola­raq dərindən araşdırılmasına ehtiyac olduğunu  bir gərəkli sahə kimi qeyd etmişdir”.

«Halay» rəqs mahnılarının  həm də özündə bir çox ədəbi-bədii və musiqi çalarlarını birləşdirməsi onu müxtəlif cəhətlərdən tədqiq etmək imkanı yaradır. Buna görə məhz sintetik bir folklor janrı olan «Halay» rəqs mahnılarının  toplanması bir çox cəhətdən özünə cəlb etmiş və digər özünəbənzər janrlarla uyğunlaşmasını meydana çıxarmışdır.

 

SƏADƏT FƏRZİYEVA

 

 

 

 

 





Yuxarı