Elektron kitabxana

İkinci minilliyin sonu və üçüncü minilliyin əvvəli informasiya cəmiyyətinin yaranması və təşəkkülü ilə səciyyələnir. Məlum həqiqətdir ki, müasir dövrdə informasiya hər bir cəmiyyətin və dövlətin inkişafını təmin edən əsas milli resurslara çevrilmişdir. Gələcəyin bu əsas strateji resursunun qorunması, inkişafı və rasional şəkildə istifadə olunması, elektron informasiya bazasının kənardan istifadəsi bütün fəaliyyət sahələrinin, ilk növbədə, elm, təhsil və mədəniyyət sahələrinin informasiya xidmətinin ümdə vəzifəsini təşkil edir. Bununla əlaqədqr olaraq, sosial institut kimi kitabxananın rol və funksiyası əhəmiyyətli dərəcədə dəyişilir.  

Çağdaş dövrdə effektiv informativ-kitabxana xidməti kimi elektron kitabxanaların yaradılması şəbəkədə lokallaşdırılmış, həmçinin telekommunikasiya şəbəkəsi vasitəsilə  çatdırılan müxtəlif səpkili elektron sənədlər kolleksiyasının (mətn, təsviri, səsli, video materialların və s.) etibarlı qorunmasını və bəhrəli şəkildə istifadəsini təmin edən sistem hesabına əldə edilir.

Elektron kitabxanada informasiya oxuculara rahat olan formada təqdim olunur. Belə ki, not – illüstrasiyası, elmi, səsli, məlumat xarakterli elektron sənədlərə çıxış sərbəst şəkildə reallaşdırılır. Ümumdünya şəbəkəsindən əlavə məlumatların alınması və elektron nəşri internet şəbəkəsinə çıxmağa kömək edir. İstifadəçinin müəyyən etdiyi elektron nəşrdə təqdim edilən kriteriyalar üzrə axtarış və məlumatların klassifikasiyası üçün mövcud elektron nəşri yetərincə güclü axtarış sisteminə malikdir.

Azərbaycan Ənənəvi musiqisi  - hər bir vətəndaşın sərbəst şəkildə müxtəlif informasiya əldə etmək hüququnu reallaşdırmağa kömək edir, onun mənəvi inkişafını təmin edir, həmçinin mədəni, elmi, təhsil sahəsində fəaliyyətində ona dəstək olur.

Elektron kitabxana proyektinin strateji məqsədi:

-yerli və xarici vətəndaşların Azərbaycanın musiqi, elm və təhsil sahəsində mövcud olan informasiya resurslarını sərbəst şəkildə əldə etmələrini təmin etmək;

-təhsilə yardım problemlərinin aktual həlli və bu zəmində müasir informasiya texnologiyalarını isrifadə etməklə musiqiçilərin təhsilalma keyfiyyətini artırmaq;

-Azərbaycan dilinin İnternetdə tətbiqolunma sahələrini genişləndirmək, dünyanın müxtəlif guşələrində yaşayan insanlarla təmasların qurulması, SNQ və xarici ölkələrdə yaşayan soydaşlarımızın informasiyaya olan tələbatını təmin etmək;

-dünyanın mədəni informasiya müstəvisində Azərbaycan və onun mədəniyyəti haqqında bilgilərin yayılması;

-elektron kopiyaların yaradılması hesabına qiymətli arxiv materiallarının (musiqili - ədəbi abidələrin, səsli və not nəşrlərinin, ənənəvi musiqinin və s.) qorunması;

-üçüncü minillikdə Azərbaycan ənənəvi musiqisinin distant şəkildə öyrənilməsi üçün hər cür şəraitin yaradılmasıdır.

Musiqişünasların, bəstəkarların və alimlərin dəstəyi ilə yaradılan Azərbaycan Ənənəvi musiqisinin Azərbaycanda həm həcmi, həm də keyfiyyət etibarı ilə analoqu yoxdur. Bu, bütün Azərbaycan masştabında qeyri - kommersiya sektoruna aid olan və elmi-maarifçiliklə məşğul olan yeganə elektron kitabxanadır.
Proyektin reallaşması külli miqdarda informasiyaların qorunub saxlanılması, informasiya resurslarının inteqrasiyası kimi problemlərin həll olunmasına kömək edəcək, həmçinin əvvəllər saxlanılması mümkün olmayan və itirilən informasiyaların (fotolar, not əlyazmaları, audio-video informasiya) qorunub saxlanılmasına şərait yaradacaqdır.

 





Yuxarı