Aşıq sənəti / Aşıq poeziyası

XVI əsrdə klassik aşıq şeirinin əsas şəkilləri böyük təkamül yolu keçərək geniş intişar tapmışdır. Bu yüzillikdə yaşayan aşıq Qurbaninin gəraylı, qoşma və təcnisləri forma və məzmun etibarilə yüksək bədii səviyyəyə çatmışdır.

XV-XVI əsrlərdə uzun təkamül prosesi nəticəsində oğuznamələrə xas olan reçitativ şeir tərzi aşıq sənətində heca vəzni ilə əvəz olundu. Lakin sillabik şeirin növü olan heca ("barmaq hesabı") vəzninin ən qədim nümunələrinə xalq bayatılarında, orxon-yenisey abidələrində (VI-VIII əsrlər), Mahmud Qaşqarinin "Divani-Lüğəti-türk" (XI əsr), Yusif Balasaqunlunun "Qutatqu biliq" (XI əsr), "Dastani-Əhməd Hərami" (XIII əsr), Molla Qasımın (XVI əsr) gəraylı və qoşmalarında rast gəlmək mümkündür.

İlk əvvəl bayatı, gəraylı və qoşma şeir formaları ilə təmsil olunan heca vəzni zaman keçdikcə istedadlı aşıqların səyi nəticəsində məzmun və forma etibarilə rəngarəng şeir şəkilləri ilə zənginləşir, aşıq şeirinin bütün şəkilləri təmsil olnan aşıq Alı, Şəmkirli aşıq Hüseyn, aşıq Ələsgər, Molla Cümə və digər ustad aşıqların kamil əsərləri (XIX əsr) yaranır. Bu dövrdə aşıq yaradıcılığı yazılı ədəbiyyata da təsir göstərərək, Vaqif ədəbi məktəbinin təşəkkülündə önəmli rol oynayır.

Sadə ölçülərdən mürəkkəblərə doğru çoxəsrlik təkamül yolu keçmiş aşıq yaradıcılığı özündə xalq şeirinin qanunauyğunluqları ilə klassik ədəbiyyatın ənənələrini üzvi şəkildə birləşdirmişdir.

Aşıq şeir nümunələri quruluş və ölçülərinə görə sadə, mürəkkəb və düzəltmə şəkillərə bölünürlər. Sadə şəkillərə bayatı, gəraylı, qoşma, divani, müxəmməs və d. şeir formaları aiddir. Mürəkkəb şeir şəkilləri (qoşma-bayatı, ayaqlı təcnis, qoşma-müstəzad) iki və ya üç sadə şəklin çarpazlaşmasından yaranmışdır. Aşıq şeirinin düzəltmə şəkilləri (əlif-lam, əvvəl-axır, dodaqdəyməz, dildönməz, nəfəsdərmə və s.) isə əsasən fonetik, leksik vasitələrin tətbiqi nəticəsində meydana gəlmişdir.

Sadə şeir şəkillərinin bəziləri həm də aşıq şeirinin ilkin nümunələridir. Ehtimal olunur ki, sadə şeir formalarının bəziləri (gəraylı, qoşma) ilk əvvəl bir bəndli, sonra inkişaf yolu keçərək üç və daha artıq bənddən ibarət olmuşdur. Müəllifin adını özündə əks etdirən aşıq şeirinin sonuncu bəndi möhürbənd adlanır.

Cinaslı qafiyələr üzərində qurulmuş təcnisin ən gözəl nümunələri Azərbaycan ədəbiyyatının incilər sırasına daxildir. Azərbaycan dilinin zəngin bədii-linqvistik imkanlarını özündə əks etdirmiş təcnis şeir formasının dodaqdəyməz təcnis, ayaqlı təcnis, cığalı təcnis, əvvəl-axır təcnis və s. leksik və fonetik növləri yaranmışdır. "Əsil təcnisləri-bədii siqləti, məna və mündəricəsi, estetik emosional təsiri, fəlsəfi yükü, məntiqi axarı qabarıq nəzərə çarpan sənət incilərini ancaq fitri istedada malik olan kamil sənətkarlar yarada bilər--Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər kimi söz sərrafları".

Sadə şeir formalarına aid olan divani və müxəmməs aşıq şeirinə klassik poeziyadan keçmişdir. Aşıq sənəti tarixindən məlum olduğu kimi, divani şeir formasının təşəkkülündə aşıqlar tərəfindən tez-tez oxunan Xətai qəzəllərinin son dərəcə önəmli rolu olmuşdur. Tarixi qaynaqlara əsasən qeyd etmək olar ki, XVI əsrdən etibarən əksər aşıq məclisləri məhz "Baş divani" havası ilə başlamışdır. Sinkretik səciyyəli aşıq sənətində şeir formaları üzvi şəkildə sazın quruluşu, ənənəvi havaların sintaksisi ilə bağlıdır. Belə ki, ifa zamanı on beş hecalı divaninin hər misrası iki hissəyə bölünərək birinci misra səkkiz, ikinci misra isə yeddi hecalı olur. Yeri gəlmişkən qeyd edək ki, müxəmməs şeir forması da sazın müşayiəti ilə ifa olunarkən onun da hər misrası iki yerə bölünərək bir beyt əmələ gətirir. Bu zaman onun "Müxəmməs" havasının metr-ritmik xüsusiyyətlərinə uyğun olaraq birinci misrası yeddi, ikinci misrası isə səkkiz hecalı olur.

Aşıq yaradıcılığında sözlə musiqinin üzvi şəkildə vəhdətinin parlaq nümunəsi həm də müəyyən şeir şəkillərini öz adlarında əks etdirmiş ənənəvi havalar ola bilər: "Bayatı", "Gəraylı", "Divani", "Dübeyt", "Təcnis", "Müxəmməs" və s.

Aşıq yaradıcılığının uzunmüddətli tarixi təkamülü nəticəsində hər bir əsas şeir şəklinin quruluşuna uyğun olaraq müəyyən havalar toplusu biçimlənmişdir. Məsələn, aşağıdakı aşıq havalarının poetik əsasını gəraylı şeir forması təşkil etmişdir: "Gəraylı", "Sallama gəraylı", "Şahsevəni", "Baş sarıtel", "Orta sarıtel", "Baş dübeyt", "Koroğlu müxəmməsi", "Paşa köçdü", "Laçını", "Gödəkdonu", "Heydəri", "Ayaq Cəlili", "Cəngi Koroğlu" və s.

Səciyyəvidir ki, bəzi ustad aşıqlar müəyyən şeir forması ilə oxunan aşıq havalarının başlıqlarına da həmin poetik formanın adını əlavə edirdilər. Məsələn, məşhur ustad aşıq Əsəd Rzayevin (1875-1950) repertuarında gəraylı şeir forması ilə oxunan ənənəvi aşıq havalarının adları aşağıdakı kimi təmsil olunmuşdur: "Şahsevəni gəraylısı", "Dübeyt gəraylısı" və s.

Yeri gəlmişkən qeyd edək ki, aşıq havalarının adlarında onların yaranma məkanı, musiqi dilinin özəllikləri, poetik əsasları, yaradıcıları və s. haqqında dəyərli məlumatlar hifz olunmuşdur. Məsələn, "Əfşarı", "Gəraylı", "Bayatı" kimi havalarda etnik qrupların adları, "Hüseyni", "Bəhməni", "Cəlili" havalarında—yaradıcı aşıqların isimləri, "Koroğlu", "Kərəmi" havalarında—dastan qəhrəmanlarının, "Dərbəndi", "Naxçıvani", "Dərələyəz gəraylısı", "Göyçə gülü" havalarının adlarında isə toponimlər öz əksini tapmışdır.

Qeyd edək ki, aşıq havalarının adlarında bu sənətin ümdə cəhətlərindən biri, yəni variantlıq prinsipi parlaq şəkildə təzahür etmişdir. Yalnız "Dübeyt" havasının çoxsaylı ərazi, fərdi variantlarının adları ("Borçalı dübeyti", "Zülfüqar dübeyti", "Şahsevən dübeyti", "Mirzə dübeyti", "Azaflı dübeyti" və s.) dediklərimizə parlaq nümunə ola bilər.

 

Gəraylı

Abbas Abdulla. "DAĞLARA-DAĞLARA"

Aşıq Abbas Tufarqanlı. "KÖNLÜM"

Aşıq Abbas Tufarqanlı. "OLMAZ"

Aşıq Abbas Tufarqanlı. "EYLƏSİN"

Aşıq Abbas Tufarqanlı. "DİLBƏR"

Aşıq Abbas Tufarqanlı. "VAXTIDI"

Aşıq Alı. "GÖZLƏRƏM SƏNİ"

Aşıq Alı."QOYNUNDA-QOYNUNDA"

Aydın Çobanoğlu. "OLMAZ"

Bəhmən Vətənoğlu. "OLMAYAYDI"

Aşıq Dirili Qurbani. "GÜLӘ-GÜLӘ"

Aşıq Dirili Qurbani. "DOLANA-DOLANA"

Aşıq Əhməd. "TELLƏRİ"

Aşıq Əkbər Cəfərov. "ÇAL GÖRÜNÜR"

Aşıq Ələsgər. "CEYRAN"

Aşıq Ələsgər. "MARAL"

Aşıq Ələsgər. "MƏN"

Aşıq Ələsgər. "ÜZÜN MƏNDƏN NİYƏ DÖNDÜ"

Aşıq Ələsgər. "YAYLAQ"

Aşıq Hüseyn Bozalqanlı. "BAŞINA DOLANDIĞIM"

Aşıq Hüseyn Cavan. "BOYLANA-BOYLANA"

Aşıq Hüseyn Cavan. "OLA"

Hüseyn Arif. "MEŞƏBƏYİ"

Hüseyn Arif. "SƏNƏ"

Hüseyn Saraclı. "DÜŞÜBDÜR"

Xəstə Qasım. "DÜNYA"

İbrahim İlyaslı. "NECƏSƏN"

Aşıq İmran. "GÖRDÜM"

Aşıq İmran. "QƏDRİNİ BİL"

Aşıq İmran. "QURBAN OLUM"

Aşıq İmran. "BACI"

Qaracaoğlan. "DEMƏDİMMİ"

Aşıq Qurban Ağdabanlı. "ÜSTÜNDƏN"

Aşıq Məhəmməd Qoçulu. "MİNAYƏ"

Şair Məmmədhüseyn. "OYANMAZ"

Aşıq Mikayıl Azaflı. "MƏNİM DÜNYAM"

Aşıq Mikayıl Azaflı. "MƏNİ"

Aşıq Mikayıl Azaflı. "DEYƏMMƏRƏM"

Aşıq Mikayıl Azaflı. "QURBAN OLUM"

Aşıq Mikayıl Azaflı. "BÜLBÜL"

Aşıq Mikayıl Azaflı. "DÜNYA"

Aşıq Mirzə Bilal. "ÖLDÜRDÜ"

Aşıq Mirzə Bilal. "KƏKLİK"

Aşıq Mirzə Bilal. "DÜNYADI"

Aşıq Mirzə Bilal. "DÜŞMÜŞƏM"

Aşıq Mirzə Bilal. "DÜŞÜB MİLLƏT ARASINA"

Osman Sarıvəlli. "DƏRDİN ALIM"

Pənah Göyçə. "ÜRƏK"

Aşıq Pənah Pənahov. "ANA KÜRÜM"

Aşıq Pənah Pənahov. "PƏNAHOV İNCİYƏR"

Aşıq Səməd Oğuzlu. "QARA GÖZ"

Səməd Vurğun. "GÜLӘ-GÜLӘ"

Səməd Vurğun. "ŞİKAYƏT"

Səməd Vurğun. "DAĞLAR"

Səməd Vurğun. "DAĞLAR"

Şamil Əsgərov. "DÖNDƏRƏR"

Aşıq Şəmşir. "İMİŞ"

Aşıq Şəmşir. "BİRDİ"

Aşıq Şəmşir. "SƏNİN"

Zəki İslam. "GÖYÇƏ"

Zəlimxan Yaqub. "ADAMI"


Qoşma

Aşıq Abbas Tufarqanlı. "AY BU YANDA DUR!"

Aşıq Abbas Tufarqanlı. "GEDƏR"

Aşıq Abbas Tufarqanlı. "İNCİMƏSİN"

Aşıq Ağacan. "DÜNYA"

Aşıq Alı. "AĞLAMA"

Aşıq Alı. "AĞRI DAĞI"

Aşıq Alı. "İÇƏCƏK"

Aşıq Alı. "BƏNZƏRSƏN"

Aşıq Alı. "DEGİNƏN"

Aşıq Avdı. "YALVARIR"

Bəhmən Vətənoğlu. "OLMALIYAM"

Aydın Çobanoğlu. "VAR"

Dilqəm. "BİR NAMƏ YAZARAM"

Dilqəm. "GEDƏN GƏLIN"

Dilqəm. "ÖZGƏSİNƏ"

Aşıq Dirili Qurbani. "BƏNÖVŞƏ"

Aşıq Dirili Qurbani. "DEDİLƏR"

Aşıq Dirili Qurbani. "MƏNİM"

Aşıq Dirili Qurbani. "MƏNİ CANDAN EYLƏDİ"

Aşıq Əhməd Rüstəmov. "BİR SALAM VERƏK"

Aşıq Ələsgər. "ARASINDA"

Aşıq Ələsgər. "A BİVƏFA"

Aşıq Ələsgər. "BAX, BAX!"

Aşıq Ələsgər. "BƏYİSTAN"

Aşıq Ələsgər. "ÇƏKİRSƏN"

Aşıq Ələsgər. "DAĞLAR"

Aşıq Ələsgər. "DOLANIR"

Aşıq Ələsgər. "DÖNDÜ, NƏ DÖNDÜ"

Aşıq Ələsgər. "DÖNÜBDÜ"

Aşıq Ələsgər. "DÜNYADA"

Aşıq Ələsgər. "DÜRDANƏNİ SƏNGİ-SİYAH İÇİNDƏ"

Aşıq Ələsgər. "DÜŞDÜ"

Aşıq Ələsgər. "DÜŞMÜŞƏM"

Aşıq Ələsgər. "ЕYLƏMİŞƏM"

Aşıq Ələsgər. "GЕTMƏ, AMANDI"

Aşıq Ələsgər. "GЕTMƏ GÖZ ÖNÜNDƏN, AY ŞƏKƏR XANIM"

Aşıq Ələsgər. "GƏRƏKDİ"

Aşıq Ələsgər. "GÖRDÜM"

Aşıq Ələsgər. "GÖRÜRSƏNMİ OĞRUN BAXAN GÖZƏLİ"

Aşıq Ələsgər. "HAYIFSAN"

Aşıq Ələsgər. "XOŞ GƏLDİN"

Aşıq Ələsgər. "İNCİMƏRƏM"

Aşıq Ələsgər. "İÇİNDƏ"

Aşıq Ələsgər. "MƏNƏM"

Aşıq Ələsgər. "OLA"

Aşıq Ələsgər. "OLMAZ"

Aşıq Ələsgər. "OYNAMASIN"

Aşıq Ələsgər. "ÖLDÜRÜR"

Aşıq Ələsgər. "SANA QURBAN"

Aşıq Ələsgər. "ÜZÜN BÜRÜMƏ"

Aşıq Ələsgər. "VARIYMIŞ"

Aşıq Ələsgər. "YAZIQ"

Aşıq Ələsgər. "YAVAŞ GЕT"

Aşıq Ələsgər. "YЕTMƏDİ"

Aşıq Əlxan Qarayazili. "YATIBDI"

Ənvər Rza. "NƏ YAXŞI GÖRÜŞDÜK, NƏ YAXŞI YENƏ!"

Aşıq Günyaz Nəzirli. "BİR GÖZƏLİN SIĞAL ÇƏKİB TELİNƏ"

Xəstə Qasım. "AY ARİFLƏR"

Xəyyat Mirzə. "ƏZİZİM"

Aşıq Hamayıl. "GƏLMƏDİN"

Hüseyn Arif. "ANALAR"

Hüseyn Arif. "DEMİR"

Hüseyn Arif. "GƏRƏK"

Hüseyn Arif. "VAR MƏNİM"

Aşıq Hüseyn Bozalqanlı. "BU GECƏ"

Aşıq Hüseyn Bozalqanlı. "GÖRMÜŞƏM"

Aşıq Hüseyn Bozalqanlı. "QAYITDI"

Aşıq Hüseyn Bozalqanlı. "LƏLƏ"

Aşıq Hüseyn Bozalqanlı. "SƏNİ"

Aşıq Hüseyn Bozalqanlı. "ŞİRİN-ŞİRİN"

Aşıq Hüseyn Bozalqanlı. "YAXŞI SAT"

Aşıq İmran. "AĞLAMA"

Qəribli. "BİR SƏHƏR GƏL, BİR GÜNORTA, BİR AXŞAM"

Aşıq Qurban Ağdabanlı. "BİR-BİR"

Məmməd İsmayıl. "GÖZƏLDİR"

Aşıq Mikayıl Azaflı. "AMANDIR"

Aşıq Mikayıl Azaflı. "GÖZLƏRİM"

Aşıq Mikayıl Azaflı. "İMİŞ"

Aşıq Mikayıl Azaflı. "QANA DÖNMƏSİN"

Aşıq Mikayıl Azaflı. "MƏHƏBBƏT"

Aşıq Mikayıl Azaflı. "OLAYDI"

Aşıq Mikayıl Azaflı. "NƏ YAXŞI OLAR"

Aşıq Mikayıl Azaflı. "VARİYDİ"

Aşıq Mikayıl Azaflı. "VƏDƏSİNDƏ"

Aşıq Mirzə Bilal. "DƏYİŞMƏK OLMAZ"

Aşıq Mirzə Bilal. "GƏLGİNƏN"

Aşıq Mirzə Bilal. "GƏLMƏDİ"

Aşıq Mirzə Bilal. "GÖRDÜM"

Aşıq Mirzə Bilal. "QURBAN"

Aşıq Mirzə Bilal. "OLUBDUR"

Aşıq Mirzə Bilal. "SEVGİLİM"

Aşıq Mirzə Bilal. "YAXŞIDIR"

Molla Cüma. "HAYIF OLDU"

Molla Cüma. "LAYISQI"

Molla Pənah Vaqif. "VAR"

Murad Niyazlı. "SƏNSIZ"

Aşıq Nəcəf Əlimərdanlı. "QADASIN ALDIĞIM"

Nəriman Həsənzadə. "DEDI TƏLƏSMƏ"

Oktay Xalloğlu. "LAYLA DE LAYLA"

Rasim Kərimli. "NƏ FAYDA"

Səməd Vurğun. "VƏTƏN HƏSRƏTİ"

Səməd Vurğun. "YADIMA DÜŞDÜ"

Şeyx Hacı Abdulla Padarlı. "MƏN"

Aşıq Şəmşir. "DURA BİLMƏZ"

Aşıq Şəmşir. "VƏDƏSİNDƏ"

Zəlimxan Yaqub. "AMANATI"

Zəlimxan Yaqub. "ÇƏKƏR"

Zəlimxan Yaqub. "DÜŞÜBDÜ"

Zəlimxan Yaqub. "GEDİRƏM"

Zəlimxan Yaqub. "GİLEYLİ DOSTUMA"

Zəlimxan Yaqub. "VARIYMIŞ"

Zəlimxan Yaqub. "VAR OLSUN"

Zəlimxan Yaqub. "YAVAŞ YERİ"

Zəlimxan Yaqub. "MƏNİ SEVƏ-SEVƏ ÖLDÜR İLAHİ"

Yəhya bəy Dilqəm. "GƏLMƏDİ"

 







 

 





Yuxarı