Gəraylı
Aşıq Abbas Tufarqanlı. "DİLBƏR"
Uca dağların başına,
Qorxuram qar yağa, dilbәr!
Aldın ağlımı başımdan,
Saldın dağdan-dağa, dilbər!
Güllәrin içindә gülәm,
Oxuyan şeyda bülbülәm,
Mәn bir qolu bağlı qulam,
Sәn olmusan ağa, dilbәr!
Güllәrin içindә xaram,
Gül üzünә intizaram,
Mәn әvvәlki köһnә yaram,
Dolan soldan sağa, dilbәr!
Sən arısan, mәn dә şana,
Dәrdindən oldum divana,
Saldırmısan bəndәrxana,
Dolan gəl otağa, dilbәr!
Qul Abbasın gözü səndә,
Olmuşam divanә mәn də,
Bir cüt şamama sinәndə.
Endir tağdan tağa, dilbər!
"Sarıtorpaq şikəstəsi". İfa edir: Aşıq Abbas Musaxanoğlu
Loading the player...