Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Pənah Pənahov. "İNCİYƏR"


Naşı bağban, girmə bağa,
Yarpaq düşər, gül inciyər.
Gəl toxunma göy budağa,
Vurma ona əl – inciyər.

Hər axşamı, səhəri sən,
Ala gözlü dilbəri sən,
Şirin sözlə dindirməsən,
Dodaq küsər, dil inciyər.

Kim zəhmətdən uzaq olsa,
Məhəbbətdən uzaq olsa,
Hər günü boş yola salsa,
Ay sevinməz, il inciyər.

Bu saf inci sözləri mən,
Toplamışam min könüldən.
Pənah ayrı düşsə eldən,
Sazındakı tel inciyər.

İfa edir: Aşıq Pənah

Loading the player...

 

İfa edir: Aşıq Əhliman Şirvanlı; Balaban: Əliməmməd Bədəlov
Loading the player...

 

 

 

 
 





Yuxarı