- Ahu kimi
- Almanı alma gəlin
- Aman təklik əlindən
- Getmə-getmə
- Anacan
- Apardı sellər Saranı
- Ay dilbər
- Ay qız
- Ay sallanıb gələn yar
- Azərbaycan maralı
- Bəh-bəh
- Bəri bax
- Bir cüt sona
- Bu gələn yara bənzər
- Çalpapaq
- Ceyran bala
- Dəli ceyran
- Dilbərim
- Endim bulaq başına
- Evləri var xana-xana
- Gəl bizə
- Girdim yarın baxçasına
- Gözəl sənə məlum olsun
- Gözəlim sənsən
- Gül açdı
- Gül baxçalar
- Həştərxana gedən gəmi
- İrəvanda xal qalmadı
- Küçələrə su səpmişəm
- Laçın
- Ləlli
- Leylacan
- Meyvələrdən üç
meyvə var - Pərican
- Qadan alım
- Qara tellər
- Qaragilə
- Qubanın ağ alması
- Sarı bülbül
- Sarı gəlin
- Sevgili yar
- Sevgilim
- Şuşanın dağları
- Sona bülbüllər
- Sürməli gözlər
- Süsən sünbül
- Uca dağlar
- Xumar oldum
- Yar gəldi
- Yaxan düymələ
- Yaylıq
- Yeri yeri qurbanın olum
- Aç xurcunu
- Alma almaya bənzər
- Aman nənə
- Ay dili-dili
- Ay qadası
- Ay qara qız
- Ay qız sənə mailəm
- Bağa girdim üzümə
- Bazarda alma
- Dedim bir busə ver
- Gülə-gülə
- Günü - günü
- Qurban mən olum
- Muleyli
- Nar-nar
- O tellərin
- Qara qaşın vəsməsi
- Qoy gülüm gəlsin
- Sandığa girsəm
neylərsən - Səndən mənə yar olmaz
- Səni yanasan
toyuq aparan - Üç telli durna
- Yar bizə qonaq gələcək
Azərbaycan xalqının mədəniyyət və incəsəsənəti çoxəsrlik tarixə malikdir. Xalqımızın musiqiyə dərin məhəbbəti və musiqinin xalq həyatında dərin kök salması buna canlı misaldır. Qədim dövrlərdən şifahi ənənəli sənət kimi yaşayan milli musiqimiz öz janr və forma müxtəlifliyi, orijinal ritmi, parlaq ifadə tərzi və milli xüsusiyyətləri ilə fərqlənir. Azərbaycan xalq musiqi sənətinin kökləri çox qədim dövrlərə gedib çıxır. Mərasim rəqsi olan “Yallını” eramızdan əvvəl V minilliyə aid etmək olar. Azərbaycanın zəngin musiqi mədəniyyəti haqda qiymətli məlumatlar “Kitabi – Dədə Qorqud” dastanında verilir.
Orta əsr Azərbaycan musiqi mədəniyyətinin bir çox cəhətləri Nizami, Məhsəti, Nəsimi, Füzuli, Vaqif və başqa Azərbaycan klassiklərinin əsərlərində geniş şəkildə öz əksini tapmışdır. Bu musiqi mədəniyyəti haqda orta əsrlərin görkəmli alimlərindən S.Urməvi, Ə.Marağayının, Mirzə bəyin və b. - nın musiqi risalələrində verilmiş zəngin məlumatlar musiqi elminə böyük töhfədir.
Azərbaycan xalq musiqisinin böyük bir hissəsini xalq mahnıları təşkil edir. Xalq mahnılarında xalqın yüksək mənəviyyatı – onun ümid və arzuları, əhval– ruhiyyəsi tərənnüm olunur.
Xalq mahnıları rəngarang mövzu və məzmununa, ictimai mötivlərinə görə bir – birindən fərqlənir. Bu baxımdan onları dörd qrupa bölmək olar.
1. Əmək mahnıları
2. Mərasim mahnıları
3. Məişət mahnıları
4. Tarixi mahnılar
I. Əmək mahnıları xalq mahnı yaradıcılığının ən qədim janrıdır. Xalqın təsərrüfat həyatı və mövsüm mərasimləri ilə bağlı əmək mahnıları çoxdur. Maldarlar arasında ən geniş yayılmışı - sayaçı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə geniş yayılmış əmək mahnıları - hollavarlardır.
Bu mahnıların mətnini şifahi ədəbiyyatın qədim şeir formalarından olan bayatılar təşkil edir. Belə mahnılardan “Çoban avazı”, “Tutu mənəm”, “Sağım mahnısı”, “Çək, şumla yeri”, “Şum nəğməsi” və b. adını çəkmək olar.
Lənkəran, Masallı, Astara, Lerik rayonlarında oxunan əmək – rəqs mahnılarını qadınlar kollektiv halda ifa edirlər. “Həsiri basma, dolan gəl”, “Ha yordu – yordu”, “Ay lolo” və s. buna misaldır.
II. Mərasim mahnıları da milli xalq mahnı yaradıcılığının qədim növlərindən biridir. Bu cür mahnıları “mövsüm” və “ənənəvi” mahnı növlərinə ayırmaq olar.
Mövsüm mahnılarında insanların təbiət qüvvələrinə - yağış, quraqlıq, od, günəşə qalib gəlməyə çalışması öz ifadəsini tapır.
Ailə və məişətlə əlaqədar yaranmış mahnılar isə ənənəvi toy, bayram və matəm mahnılarından ibarətdir. Bu cür mahnılardan “Günəşi cağır” mərasim mahnısının, “Xoş getdin”, “Aparmağa gəlmişik”, “Ay mübarək”, “Yol açın, gəlin gəlir” ənənəvi toy mahnılarının adını çəkə bilərik.
Qədim el bayramı – Novruz bayramı zamanı oxunan mahnılar da ənənəvi mahnılardandır. Bunlar müxtəlif oyunlar və tonqal üstündən tullanma zamanı ifa edilir, səməni ilə bağlı oxunur. Bunlardan “Xıdır İlyas”, “Səməni”, “Kos – Kosa” və b. göstərmək olar.
III. Məişət mahnıları mətninə, məzmununa, bədii formasına, ifadə etdiyi hisslərə görə müxtəlifdir. Məişət mahnıları 4 növə bölünür.
1. Uşaq mahnıları
2. Lirik mahnılar
3. Yumorlu mahnılar
4. Satirik mahnılar.
Anaların öz körpələrinə oxuduqları mahnılara ninni, layla və oxşamalar aiddir. Bu mahnıların musiqisi sadə, sözləri aydın və anlaşıqlı olur.
Uşaq mahnılarının çox hissəsi bilavasitə uşaqların özləri tərəfindən ifa olnur. Uşaq mahnıları üçün səciyyəvi olan sağlam gülüş, məzhəkə və zarafat bu mahnıların əsasını təşkil edir. “Qarı və buz”, “Quzum”, “Xoruz”, “Qış”, “Çoban”, “Məstan pişik” və s. bu qəbildən olan mahnılardır.
Xalqın gündəlik həyatını əks etdirən lirik mahnılarda başlıca yeri ailə, saf məhəbbət, ayrılıq, intizar kimi həyati motivlər, nəcib, insani hisslər tutur. Lirik mahnılar ahəngdar, ifadəli melodiyası, öz dəqiq ritmi ilə fərqlənir. Belə nümunələrdən “Çal, oyna”, “Qoy gülüm gəlsin, ay nənə”, “Gül oğlan”, “Qara tellər”, “Qara göz”, “Ay sarı saç”, “Qara xal yar”, “Ləlli” və s. adını çəkmək olar.
Satiralı mahnılar məişət və əxlaqın mənfi cəhətlərini əks etdirən mahnılardır. Bu mahnılarda köhnə adət – ənənələr, mənfi tiplər - fırıldaqçılar, məişət pozğunluqları ifşa olunaraq, gülüş öbyektinə çevrilir.
Bir çox mahnılarda satirik və lirik sevgi motivləri birləşir. Onlarda şikayət ruhu duyulur. “Aman nənə”, “Ay qadası” mahnıları bu qəbildəndir.
IV.Tarixi mahnılar xalqın həyatında baş vermiş hər hansı tarixi hadisəyə və ya ölkənin ictimai – siyasi həyatında böyük rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır. Bu mahnılarda xalqın xarakteri, vətən məhəbbəti, qəsbkarlara qarşı amansızlıq, müstəqillik arzuları əks olunmuşdur. Məsələn, “Atlı Koroğlu”, “Koroğlunun Çənlibeli”, “Koroğlunun təlimi”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Yolu kəsmişlər” mahnılarını göstərmək olar.
Xalq rəqs musiqisi Azərbaycan instrumental musiqisinin böyük bir hissəsini təşkil edir. Rəqslərdə xalqın həyatı, məişəti öz təcəssümünü tapır. Xalq rəqslərinin əksəriyyəti kişi və qadın rəqsləridir. Lakin çüt rəqslərə də təsadüf edilir. Ənənəvi kişi rəqsləri şən və nikbin xarakterə, cəld tempə malik olur. Qadın rəqsləri isə öz təmkinliyi, daxili sakitliyi, aramlılığı ilə fərqlənir. “Qazağı”, “Uzundərə”, “Halay”, “Güldəz”, “Yüzbir”, “İnnabı” və s. belə rəqslərdəndir.