Elektron kitabxana / Not antologiyası/ Aşıq sənəti not antologiyası

 

Ənənəvi musiqi materialının not nümunələrinin məcmuələri milli mədəniyyətimiz haqda əsrlərin dərinliyindən gələn ənənələrin öz adından çıxış edən spesifik bir mənbəyə çevirir.

A.Xodzkonun azərbaycanlı aşıq Sadıxın ifasında yazıya alınmış və 1842 ildə Londonda nəşr olunmuş "Spesimens of popular poetry of Persia as found in the adventures and improvisations of Kurroghlu" kitabına daxil edilmiş "Koroğlu" havasını aşıq musiqisinin nota salınmış ilk nümunəsi hesab etmək olar. 1932 ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində yaradılmış Elmi – tədqiqat xalq musiqisi kabinetinin Azərbaycan aşıq musiqisinin toplanılıb nota salınmasında mühüm rolu olmuşdur.

Məşhur Azərbaycan müğənnisi Bülbülün rəhbərliyi altında Azərbaycanın müxtəlif bölgələrinə təşkil olunmuş ekspedisiyalar zamanı bir çox aşıq havaları nota alınmışdır. Ə.Rzayev, M.Bayramov və d. tanınmış aşıqların ifa etdiyi havaları bəstəkarlardan Q.Qarayev, C.Hacıyev, S.Rüstəmov, Niyazi, F.Əmirov, T.Quliyev, Z.Bağırov, H.Nemətov, musiqişünas M.S.İsmayılov və d. nota köçürmüşdür. 1938-ci ildə S. Rüstəmovun "Azərbaycan aşıq mahnıları" (4 cilddə) məcmuəsi işıq üzü görmüşdür. Ənənəvi aşıq havalarının əksəriyyəti etnomusiqişünaslar T.Məmmədov ("Azərbaycan aşıqlarının ənənəvi havaları", B., 1988, rus dilində) və İ.İmamverdiyev ("Azərbaycanın 20 saz havası", 3 kitab, B., 2005 – 2006; "Azərbaycanın 40 saz havası", B., 2006; "Aşıq Mikayıl Azaflının saz havaları", B., 2008; "Şirvan aşıqlarının saz havaları"; B., 2011; "İran – Azərbaycan aşıqlarının 40 saz havası", B., 2012; "Saz havaları antologiyası", B., 2013) tərəfindən nota salınmışdır. Aşıq havalarının nota köçürülməsində N.Bağırov, A.O.Kərimli, K.Dadaş-zadə və d. musiqişünasların xidmətləri olmuşdur. Azərb. EA-nın Memarlıq və İncəsənət İnstitutunun "Xalq musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinin hazırladığı "Azərbaycan xalq musiqisinin antologiyası"nın VII cildi Azərbaycan aşıq havalarından ibarətdir.

 

 

   

 

 





Yuxarı