Muğam sənəti / Muğam və caz

Caz musiqisinin əsas qollarından olan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulmuşdur. Orkestrin ilk konsert proqramına klassik cazla yanaşı Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil idi. Böyük Vətən Müharibəsi qurtarandan sonra “Dövlət cazı”nın rəhbəri Rauf Hacıyev olmuşdur.

1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında ən önəmli yerlərdən biri saksafonçu, cazmen Pərviz Rüstəmbəyovun ola rolu böyük olmuşdur.
Ötən əsrin 60-cı illərində Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlanır. Rafiq Babayevin rəhbərliyi altında “Qaya” kvarteti yaranır və nəhayət, Vaqif Mustafazadə dövrü başlanır. Dünyada lirik cazın banisi sayılan Vaqif Mustafazadə ilk dəfə Gürcüstanda -Tbilisi Dövlət Filarmoniyasında “Qafqaz” caz-triosunu, “Leyli” qadın kvartetini təşkil etmiş, “Sevil” vokal-instrumental ansamblına və “Muğam” instrumental ansamblına rəhbərlik etmişdir.

Vaqif Mustafazadə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradaraq, haqlı olaraq, yeni caz fikrinin (devizinin) təsisçisi sayılır. Təsadüfi deyil ki, onu Azərbaycan Muğam Caz Hərəkatının memarı adlandırırlar. O, şərq muğamını qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim edərək, 60-cı illərin əvvəllərində musiqidə yeni axın - caz-muğam axınını yaradır.

Dövrünün bir çox görkəmli caz sənətkarlarının, o cümlədən, Con Koltreyn, Bill Evans, Con Maklaflin, Çik Koria və başqalarının istifadə etdikləri folk-caz (etno-caz), fyucn kimi cərəyanları və yuxarıda qeyd etdiyimiz inkişaf metodunu öz yaradıcılığı üçün çıxış nöqtəsinə çevirib, onları çox parlaq surətdə tətbiq edən Mustafazadə “muğam-caz” adlandırılan metod və üslub kateqoriyasını formalaşdırmışdır. Sənətkarın milli musiqi, xüsusilə muğam duyumu onun bütün yaradıcılığını idarə etmiş əsas amillərdən biri kimi həm caz yaradıcılığına təsir etmiş, həm də özünü ifadəetmə vasitəsinə çevrilmişdir. O, "Muğam" simfoniyasının (tamamlanmamış) müəllifidir.

Bu gün Vaqif Mustafazadə ənənələrini davam etdirən Azərbaycan cazının görkəmli nümayəndələrindən Salman Qəmbərov, Rain Sultanov, Əzizə Mustafazadə, Şahin Növrəsli və b.-nın adını çəkmək olar.

2009-cu ildən başlayaraq, mütəmadi olaraq Bakıda keçirilən “Bakı Caz Festival”ı ölkədə ildən –ilə cazın inkişafını təmin edir.
Hal-hazırda Bakıda fəaliyyət göstərən “Baku Jazz Center” Azərbaycanda cazın inkişafına öz töhfəsini verir.

 

Babayev Rafiq.  "Əlvida"
Babayev Rafiq.  "Təfəkkür"
Babayev Rafiq.  "Caz monoloji"
Emil Əfrasiyab.  Fantaziya
Emil Əfrasiyab. İki dünya
Emil Əfrasiyab. "Qarabağ şikəstəsi" 
Emil Əfrasiyab və Cavadov Mircavad. "Mən səni araram"
Emil Əfrasiyab və  Cavadov Mircavad.  "Bana-bana gəl"
Emil Əfrasiyab və Səmədov Əlixan.  "Gözəlim sənsən"
Əfqan Rəsul.  "Heart Beat"
Əfqan Rəsul.  "Qara qaşın vəsməsi" (xalq mahnısı)
Əfqan Rəsul.  "Round midnight"
Əfqan Rəsul.  "Gümüşü furqon" (R.Babayev)
Əhmədov Tofiq (AUDİO)
Əmirov Cəmil.  "Freska"
Əmirov Cəmil.  "Gecə keçdi" (F.Əmirov)
Əmirov Cəmil.  "Karavan"
Hacıyev Rauf (AUDİO)
Koyfman David (AUDİO)
Qəmbərov Salman. Solo
Qəmbərov Salman. "Magic Circle". Bonn, Germany 2008
Qəmbərov Salman. Azərbaycan caz ifaçılarının etno-caz konserti.
Mustafazadə Əzizə.
Mustafazadə Əzizə. "Mən Vaqifin qızıyam"
Mustafazadə Əzizə. "Uzun bir incə yoldayam"
Mustafazadə Əzizə. "Dans of  Fire"
Mustafazadə Vaqif. "Getmə" 
Mustafazadə Vaqif. Tiflis,1978 
Rzayev Rovşən (AUDİO)
Sarabski İsfar. Caz festivalı 2014 
Sarabski İsfar. V.Mustafazadəyə həsr
"Sarı gəlin" sənədli film