Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Hüseyn Cavan. "BOYLANA-BOYLANA"


Azad bir qız girib bağa,
Gəzir boylana-boylana.
Xumar gözün sola, sağa,
Süzür boylana-boylana.


İçib eşqin bulağından,
Gəzir Məcnun sorağından,
Tər qönçəni budağından,
Üzür boylana-boylana.


Alıb kitabı əlinə,
Baxır hər bir sətirinə,
Atılıb eşqin gölünə,
Üzür boylana-boylana.


Açıb qönçə dəhanını,
Qumru təkin zəbanını,
Cavan Hüseynin canını,
Üzür boylana-boylana.

 

İfa edir: Aşıq Samirə
Loading the player...

 

 

 

 
 





Yuxarı