Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Ələsgər. "CEYRAN"


Durum dolanım başına,
Qaşı, gözü qara Ceyran!
Həsrətindən xəstə düşdüm,
Eylə dərdə çara, Ceyran!

Söz eşidib, ərzim qansan,
Mən yanıram, sən də yansan,
Özün bir tülək tərlansan,
Niyə uydun sara, Ceyran?!

Ələsgərəm, abdal ollam,
Eşqin girdabında qallam,
Küsdürmüşəm, könlün allam,
Yalvara-yalvara, Ceyran.

 

Qiraətçi: Səməndər Rzayev. (Azərbaycan radiosunun "Bulaq" verilişindən)
Loading the player...

 

"Baş sarıtel havası". İfa edir: Sərdar Məmmədov
Loading the player...

 

İfa edir: Aşıq Lətifə Çeşməli. (İTV-nin "Ozan" verilişindən)
Loading the player...

 

İfa edir: Aşıq Telli Borçalı
Loading the player...

 

 

 

 
 





Yuxarı