Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Zəki İslam. "GÖYÇƏ"


Ata-baba məskənimsən,
Ana yurdum, elim, Göyçə!
Ünvanımı soruşanda,
Tez-tez deyir dilim "Göyçə"!

Hər mahalın bir adı var,
Ana yurdun öz dadı var,
Qonaqpərvər övladı var,
Uzanıqlı əlim, Göyçə!

Qazax, Tovuz, Şəmkir, Gəncə,
Qarabağdan dost gəlincə,
Obalarda incə-incə
Açılıbdı gülüm, Göyçə!

Zəki qurban ocağına,
Dörd küncünə, bucağına,
Balan kimi qucağına,
Darıxıram, gəlim, Göyçə!


 

"İran dübeytisi" havası. İfa edir: Aşıq Mahmud Məmmədov
Loading the player...

 

 

 

 
 





Yuxarı