Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Qaracaoğlan. "DEMƏDİMMİ"


Behey, ala gözlü dilbər,
Vaxtın keçər, demədimmi?
Harami olmuş gözlərin
Bəllər kəsər, demədimmi?

Bax bu qaşa, bax bu gözə,
Ciyər kabab oldu közə,
Yaxasız köynəklər bizə
Fələk biçər, demədimmi?

Dəryalarda üzər gəmi,
Şəkər dodağının yemi,
Sürə gör dövranı, dəmi,
Dövran keçər, demədimmi?

Qaracoğlan der mərd ilə,
Sözüm yoxdur namərd ilə,
Zalım fələk bu dərd ilə
Bizi əgər demədimmi?


"Varsağı". İfa edir: Nemət Qasımlı
Loading the player...

 

 

 

 
 





Yuxarı