Gəraylı
Şamil Əsgərov. "DÖNDƏRƏR"
İgidi söz, kababı köz,
Yandırıb külə döndərər.
Söz qananı bircə kəlmə,
Nazildib milə döndərər.
Ox üzərmi yay olmasa,
Dərya olmaz, çay olmasa,
Yar yarına tay olmasa,
Hər günü ilə döndərər.
Hikmətdirmi arı şanı?
Şamil, onda hünər hanı?
İnsan əli boz tikanı
İstəsə, gülə döndərər.
"Fəxri" havası. İfa edir: Nurəddin Qasımlı.
Loading the player...