Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Mikayl Azaflı. "QURBAN OLUM"


Harda varsa insanlığın,
Kamalına qurban olum.
Ahıl qanan cavanlığın,
Xəyalına qurban olum.

Harda varsa etibarın,
Təmiz eşqin, namus, arın.
Vəfası düz olan yarın,
Məyalına qurban olum.

Harda varsa qananların,
Aşiqiyəm o canların.
Vətən üçün yananların,
Məlalına qurban olum.

Harda varsa haqqa hörmət,
Odur mürvət, odur qiymət.
Azaflıyam, səmimiyyət,
Amalına qurban olum.

 

İfa edir: Aşıq Mikayl Azaflı
Loading the player...

 

İfa edir: Hakim Azaflı
Loading the player...

 

 

 

 
 





Yuxarı