Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Dirili Qurbani. "GÜLӘ-GÜLӘ"


Girdim yarın bağçasına,
Dedim dәrdim gülә, gülә.
Mәn ona elә müştaqam,
Necә bülbül gülә, gülә.

Naşı bağban, satma gülü,
Haramdı axçası, pulu,
Küsdürdün şeyda bülbülü,
Daha gәlmәz gülә, gülә.

Qurbaniyәm, ermәmişәm,
Yar qәsrinә girmәmişәm,
Belә callad görmәmişәm,
Aldı canım gülә-gülә.


Loading the player...

 

 

 

 
 





Yuxarı