Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Mikayl Azaflı. "BÜLBÜL"


Mən dustağa bir xəbər ver,
Açılıbmı yaz, ay bülbül?
Dərdim çoxdu, sənə deyim,
Qələm götür, yaz, ay bülbül.

Qızılgüllər yetişirmi,
Göldə sona ürküşürmü?
Səmalarda ötüşürmü,
Ördək, durna, qaz, ay bülbül?

El köçürmü dağ sərinə,
Dönürmü aran yerinə?
Bənövşələr bir-birinə,
Eyləyirmi naz, ay bülbül?

Azaflı tək yanma odda,
Nəşə çoxdu bu həyatda.
O çəkdiyin nalə altda,
Yandım, oldum köz, ay bülbül.


 

İfa edir: Aşıq Mikayl Azaflı
Loading the player...

 

İfa edirlər: Dəmir Gədəbəyli və Lətifə Tovuzlu
Loading the player...

 

 

 

 
 





Yuxarı