Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Səməd Oğuzlu. "QARA GÖZ"


De görüm, hardan gəlirsən,
Elinə qurban, qara göz.
Bircə danış şirin-şirin,
Dilinə qurban, qara göz.


Zülflərin gərdəndən aşır,
Vəsfinə dilim dolaşır.
Sona kimi başı yaşıl,
Gölünə qurban, qara göz.


Aşıq Səməd məlul baxır,
Naz-qəmzən evimi yıxır.
Darayırsan, yana çıxır,
Telinə qurban, qara göz.


 

İfa edir: Cilli Aşıq Müseyib
Loading the player...

 

“Baş sarıtel” havası. İfa edir: Təranə Gədəbəyli və İlqar Gədəbəyli
Loading the player...

 

 

 

 
 





Yuxarı