Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Osman Sarıvəlli. "DƏRDİN ALIM"


Çiçəklərdən səni könlüm
Dilər keçər, dərdin alım.
Xəyalın tez-tez yanımdan
Gülər keçər, dərdin alım.

Bahar çağı səhər erkən,
Göy çəməndə gəzəndə sən,
Bilirsənmi ürəyimdən,
Nələr keçər, dərdin alım.

Demə dünya bir qəfəsdir,
Mahnılarım quru səsdir,
Osmanın eşqi həvəsdir,
Gələr keçər, dərdin alım.


 

"Sallama gəraylı" havası. İfa edir: Nəsrəddin İsmayılov
Loading the player...

 

 

 

 
 





Yuxarı