Gəraylı
Aşıq Mirzə Bilal. "DÜŞÜB MİLLƏT ARASINA"
Bu ədavət nədir, balam,
Düşüb millət arasına?
Dedi-qodu, qeybət, yalan
Düşüb millət arasına.
Qan-qan deyən, insafa gəl,
Nəyə lazım silah-səngər.
Köhnə bəla, təzə əngəl
Düşüb millət arasına.
Yaxşı bilir bütün mahal,
Keçsin deyə bu ağır hal
Saz götürüb Aşıq Bilal,
Düşüb millət arasına.
İfa edir: Ağamurad Şirvanlı
Loading the player...