Gəraylı
Aşıq Ələsgər. "YAYLAQ"
Gözəllər seyrəngahısan,
Görüm səni var ol, yaylaq!
Açılsın gülün, nərgizin,
Təzə murguzar ol, yaylaq!
Gözüm qaldı siyah teldə,
Bülbül öldü meyli güldə.
Bir kəsim yox qürbət eldə,
Sən mana qəmxar ol, yaylaq!
Mən səni görəndən bəri,
Sinəm olub qəm dəftəri.
Öldür yazıq Ələsgəri
Özün günahkar ol, yaylaq!
"Orta Sarıtel" havası. İfa edir: Aşıq Nəsrəddin İsmayılov.
Loading the player...