Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Abbas Tufarqanlı. "EYLƏSİN"


Duman, gəl get bu dağlardan,
Dağlar təzə bar eyləsin.
Nə gözlərim səni görsün,
Nə könlüm qubar eyləsin.

Yaşa, sevdicəyim, yaşa,
Yazılanlar gələr başa,
Bir yandan özün bas daşa,
Bir yandan el car eyləsin.

Abbas ağlar zarı-zarı,
Getməz könlünün qübarı,
İlqarından dönən yarı,
Tanrı tez-bazar eyləsin.


 

İfa edirlər: Aşıq Azər - Aşıq Ədalət
Loading the player...

 

 

 

 
 





Yuxarı