Gəraylı
Aşıq Əkbər Cəfərov. "ÇAL GÖRÜNÜR"
Məclisimə gələn gözəl,
Halın yaman hal görünür.
Xatirinə kim dəyibdi,
Yanaqların al görünür?
Gözəllərin ən göyçəyi,
Budur sözümün gerçəyi.
Dodaqlar qaymaq çiçəyi,
Arasında bal görünür.
Sözlərimdə yoxdu yalan,
Könlüm şəhri oldu talan.
Cavanları eşqə salan,
Ağ üzündə xal görünür.
Demə Əkbər dərindədi,
Ağlı-huşu sərindədi.
Məhəbbəti yerindədi,
Bir az saçı çal görünür.
"Baş dübeyti" havası. İfa edir: Aşıq Aydın Çobanoğlu
Loading the player...