Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Abbas Abdulla. "DAĞLARA-DAĞLARA"


Yәnә bu il gedәmmәdim,
Özüm dağlara-dağlara.
Görәn gedib çatacaqmı,
Sözüm dağlara-dağlara.


Atım yoxdur yәhәrlәnә,
Dәli könlüm qәhәrlәnә,
Yönüm düşüb şәhәrlәrә,
İzim dağlara-dağlara.


Mәn dağların Abbasıyam,
Kәpәnәkçi balasıyam,
Qәbirdә dә yatasıyam,
Üzü dağlara-dağlara.


 

"Orta Sarıtel" havası. İfa edirlər: Altay Məmmədov, Telli Borçalı
Loading the player...

 

 

 

 
 





Yuxarı