Gəraylı
Bəhmən Vətənoğlu. "OLMAYAYDI"
Ürəyimdən nələr keçdi,
Kaş ki, nələr olmayaydı,
İnsan oğlu bu dünyaya,
Gəldi-gedər olmayaydı.
Əfsanəsi dildə qalan,
Əvvəl gerçək, axır yalan.
Gödək ömrü yola salan,
Qərinələr olmayaydı.
Yazıq Bəhmən, çəkmə hicran,
Keçər dövran yaxşı-yaman,
Dostu-dostdan ayrı salan,
Dəqiqələr olmayaydı.
"İbrahimi" havası. İfa edir: Nurəddin Qasımlı.
Loading the player...