Gəraylı
Səməd Vurğun. "GÜLƏ-GÜLƏ"
Maral çıxdı dağ döşünə,
Səhər vaxtı gülə-gülə.
Sol əliylə sağ döşünə
Bir gül taxdı gülə-gülə.
Bilərziyi ağ altundan,
Yerə düşdü göy atından...
Ala gözlər qaş altından
Süzüb axdı gülə-gülə...
Dedim: “Ay qız, nədir adın?”
Dedi: “Mənəm, gözün aydın!”
Dedim: “Bizə dost olaydın!”
Dönüb baxdı gülə-gülə.
Dedim: “Aydır, gündür üzün?!”
Dedi: “Məni dindir özün!”
Gəldi cavan ömrümüzün
Tərlan baxtı gülə-gülə.
Ay dolandı, il dolandı,
Unuduldu eşqin andı.
O, verdiyi sözü dandı,
Daşa çaxdı gülə-gülə.
İfa edirlər: Aşıq Fəzail Miskinli,
Aşıq Samirə, Aşıq Altay
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubiley
tədbirindən
Loading the player...