Gəraylı
Səməd Vurğun. "ŞİKAYƏT"
Qulaq asın, dost-aşnalar,
Bir pərişan kamanım var.
Bu rübabın һər telində
Yüz aһım var, amanım var.
Nə tez keçdi ilk baһarım,
Xəzan əsdi, soldu barım.
Nə dövrana etibarım,
Nə insana gümanım var.
Sazım һanı? Sözüm һanı?
Uçdu könlüm xanımanı...
İtirmişəm el-obanı,
Nə bir dağım, aranım var.
Könül! Daha kimsəsiz gəz,
Belə dərdə dözmək olmaz.
Bir dağam ki, göz işləməz,
Karvan keçməz dumanım var.
"Dolhicranı" havası. İfa edir: İmran Həsənov
Loading the player...