Gəraylı
Aşıq Hüseyn Bozalqanlı. "BAŞINA DOLANDIĞIM"
Səhər-səhər çıx qarşıma,
Dur, başına dolandığım!
Oğrun gözlə, qıyqacı bax,
Gör, başına dolandığım!
Tellərin dönüb kəməndə,
Gözəllər olub şərməndə,
Qara saçı dal gərdəndə,
Hör, başına dolandığım!
Hüseyndən aldın canını,
Apardın din, imanını.
Əsirgəmə müjganını,
Vur, başına dolandığım!
İfa edir: Aşıq Mehdi.
Loading the player...