Gəraylı
Aşıq Ələsgər. "ÜZÜN MƏNDƏN NİYƏ DÖNDÜ"
Gəl, еy mеhri-məhəbbətim,
Üzün məndən niyə döndü?
Ağzı şəkər, ləbi qəndim,
Üzün məndən niyə döndü?
Ayrılıqdan ölüm yеydi,
Həsrətin qəddimi əydi.
Nə dеdim, xətrinə dəydi,
Üzün məndən niyə döndü?
Aşığa yoxdu qadağa,
Müştaqdı dilə, dodağa.
Ələsgər sana sadağa,
Üzün məndən niyə döndü?
Qiraətçi: Səməndər Rzayev.
Loading the player...