Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Abbas Tufarqanlı. "VAXTIDI"


Budu gəldi bahar fəsli,
Dağların lala vaxtıdı.
Açılıbdı qızıl güllər,
Bülbülün bala vaxtıdı.

Bülbüllər dolandı bağı,
Bir xəlvət eylə otağı.
Sənə qurban olum saqi,
Mey ver, piyalə vaxtıdı.

Mən Abbasam, boyu bəstə,
Dərdindən olmuşam xəstə.
Al başımı dizin üstə,
Çal yataq, layla vaxtıdı.


“Orta Sarıtel” havası. İfa edir: Aşıq Şəhriyar
Loading the player...

 

 

 

 
 





Yuxarı