Gəraylı
Hüseyn Arif. "MEŞƏBƏYİ"
Kef üstündə kefimizi
Gəldi, sordu meşəbəyi.
- Buyur! – dedik, atdan enib,
Bardaş qurdu meşəbəyi.
Qamçısını atdı sola,
Çantasını çəkdi dala,
Şirin-şirin, bala-bala,
Bizlə vurdu meşəbəyi.
İsti kabab, təzə fətir,
Doymaq olmur, yenə gətir.
Bığlarını arada bir
Eşib durdu meşəbəyi.
Altımışı verib yelə,
Düşməyibdir ruhdan hələ,
Qarşıdakı bir gözələ
Göz də vurdu meşəbəyi.
Yatdı biri – keflənərək,
Birini də yıxdı külək,
Hüseynlə axıradək
Möhkəm durdu meşəbəyi.
"Şədayi havası". İfa edir: Hüseyn Xalaoğlu.
Loading the player...