Gəraylı
Aşıq Mirzə Bilal. "DÜŞMÜŞƏM"
Aman Allah, dada yetiş,
Gör, nə bəlaya düşmüşəm.
Eşqin odu düşüb cana,
Qalıb cəzana düşmüşəm.
Günəş üzü, ay sinəsi,
Aləmi tutub şöləsi,
Baldan şirindi kəlməsi,
Canımı cana vermişəm.
Qulağında qızıl tana,
Zülfünü atıbdır yana,
Bilal deyir yardan mənə
Gəlib nişana, almışam.
İfa edir: Vüqar Mahmudoğlu
Loading the player...