Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Şəmşir. "İMİŞ"


Dərdləndim ki, şeir yazam,
Dərd insana ziyan imiş.
Yıxıb ömür sarayını,
Axır viran qoyan imiş.

İnsan undur, dünya ələk,
Onda gördüm min bir kələk,
Dost dediyim qoca fələk,
Demə, adam soyan imiş.

Doğru çıxmır etibara,
Dostluq hara, sitəm hara,
Dönür zəhərli şahmara,
Bir amansız çayan imiş.

Şəmşir yazdın təsirli söz,
Kəlmə lətif, mənası düz,
Bu dünyadan doymayan göz, 
Az ömürdən doyan imiş.


 

"Şağayı gəraylı" havası. İfa edir: İxtiyar Qocayev
Loading the player...

 

 

 

 
 





Yuxarı