Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Alı. "QOYNUNDA-QOYNUNDA"


Ellər köçər, məskən salar
Dağlar qoynunda-qoynunda.
Ana, bala layla deyər,
Çağlar qoynunda-qoynunda.

Yaradanmı qərar qoyub?
Bağrımın başını oyub,
Çoxlarını ağlar qoyub,
Dağlar qoynunda-qoynunda.

Alı deyər barlı bağlar,
Yarım görcək yanar, ağlar,
Sinəsini çarpaz dağlar,
Saxlar qoynunda-qoynunda.


 

"Zülfüqar dübeyti". İfa edir: Aşıq Mahmud Məmmədov.
Loading the player...

 

 

 

 
 





Yuxarı