Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Hüseyn Saraclı. "DÜŞÜBDÜR"


Gözəl, sənin vaxtın keçib,
Saçlarına dən düşübdür.
Neçə evlər sən yıxıbsan,
Üstündə çox qan düşübdür.


Daha gözdən sən qalırsan,
Cavanlıqdan kam alırsan,
Hayıf, sən də qocalırsan,
Cavanlığın yan düşübdür.


Hüseyn sənə tərif yazmaz,
Tellərini şana üzməz
Boş pətəksən, zənbur gəzməz,
Dodaqlardan bal düşübdür.


 

“Baş sarıtel” havası. İfa edir: Hüseyn Saraclı
Loading the player...

 

 

 

 
 





Yuxarı