Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Qurban Ağdabanlı."ÜSTÜNDƏN"


Usta Kərim, o qaşların,
Qara çəkib ağ üstündən.
Gözəl yaradıb saçların,
Çin-çin, tağı-tağ üstündən.

Sinəndi ağ büllur şüşə,
Bəzənib qızıl-gümüşə,
Açılıb nərgiz, bənövşə,
Qızılgül yanaq üstündən.

Zənaxdanda qoşa xal var,
Camalında nə cəlal var,
Ləblərində şirin bal var,
Süzülüb qaymaq üstündən.

Nə mayıl-mayıl baxarsan,
Sinəmə oxlar çaxarsan,
Yandırıb oda yaxarsan,
Dağ çəkərsən dağ üstündən.

Sənsiz bu Qurban sızıldar,
Cismim ağlar, can sızıldar,
Görsə arı şan, sızıldar,
Olmaz ayırmaq üstündən.

 

"Cəlili" havası. İİfa edir: Aşıq Şəmşir.
Loading the player...

 

 

 

 
 





Yuxarı