Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Ələsgər. "MARAL"


Səhər-səhər çeşmə üstə
Durur boyu bala Maral,
Ala gözlər girib qəsdə,
İstər canım ala Maral!

Sevdim zalım, bağrı daşı,
Almaz kirpik, qələm qaşı,
Tərlan görüb yaşılbaşı,
Sağın, qaynaq çala, Maral!

Ağ üzdə xalın bənövşə,
Az qalır bağrımı deşə,
Məcnunluqdu mənə peşə,
Düşmüşəm mahala, Maral!

Öpmədim ala gözündən,
Doymadım şirin sözündən,
Məni ayırıb özündən,
Salma daldan-dala, Maral!

Camalındı şəmsü-qəmər,
Vəsfin olub dildə əzbər,
Ucundan yazıq Ələsgər,
Dönübdü abdala, Maral!

 

Qiraətçi: Səməndər Rzayev.
Loading the player...

 

 

 

 
 





Yuxarı