Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Zəlimxan Yaqub. "ADAMI"


Məclis əhli yer göstərər,
Başa çəkər pir adamı. 
Yüz min alçaq endirəmməz, 
El qaldırsa, bir adamı. 

Qəlbi qayadan mətindi, 
Sözü neçə söhbətindi. 
Tülkü görmək çox çətindi, 
Zəhmətində şir adamı. 

Başı uca gəzər insan, 
Təmizdirsə onda vicdan.
Ləkələməz, ay Zəlimxan, 
Paltardakı kir adamı. 


 

"Azaflı dübeyti" havası. İfa edir: Aydın Çobanoğlu
Loading the player...

 

 

 

 
 





Yuxarı