Gəraylı
Səməd Vurğun. "DAĞLAR"
Üstündən karvan yeriməz
Sıxdı dumanların, dağlar.
Yazda-yayda heç əriməz
Quzeylərdə qarın, dağlar.
Laçınların göydən enməz,
Qayaların baxar, dinməz,
Yaman gündə üzün dönməz,
Pozulmaz ilqarın, dağlar.
O qız yaldan tək aşanda,
Saç kəmərə dolaşanda,
Atdan enib yol çaşanda
Mən olum zəvvarın, dağlar.
Ovçuların gəzər oğrun,
Maralların düşər yorğun.
Qonaq gəldi sizə Vurğun,
Sevinsin gülzarın, dağlar.
"Dübeyti" havası. İfa edirlər: Aşıq Aydın Çobanoğlu - Aşıq Xanlar
Loading the player...