Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aydın Çobanoğlu. "OLMAZ"


Göz oxşasa gözəl işlər,
Heç pərişan olan olmaz.
Toxunmasa namərd əli,
Könlüm evi talan olmaz.


Gözləsək namusu, arı,
Unutmasaq etibarı.
Bərk olsa qeyrət damarı,
Bizi-bizdən alan olmaz.


Aşıqdı el yaraşığı,
Yapalaq sevməz işığı.
Mən Aydınam, – Haqq aşığı,
Aşıq sözü yalan olmaz.


 

"Baş sarıtel" havası. İfa edir: Aydın Çobanoğlu
Loading the player...

 

 

 

 
 





Yuxarı