Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq İmran. "QURBAN OLUM"


Yaxşı-yaman anlayanın
Diqqətinə qurban olum.
Haqq üçün candan keçənin
Qeyrətinə qurban olum

Qaynayanda daşmayanın
Doğru yolu çaşmayanın
Öz həddini aşmayanın
Sərhəddinə qurban olum.

Gözəl ola, izməti zər,
Hər baxışım ələk-mənzər
Aşiqinə sala nəzər
Düz əhdinə qurban olum

Bir könül bir könülündür
İstər ağlat, istər güldür
Məhəbbət bir pak ülvidir
Xilqətinə qurban olum.

İmran deyər vəfadarın
Düz ilqarlı insanların
Anam kimi anaların
İsmətinə qurban olum!

 

"Orta sarıtel" havası. İfa edir: Aşıq İmran
Loading the player...

 

 

 

 
 





Yuxarı