Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Mirzə Bilal. "KƏKLİK"


Vurulmuşam camalına,
Gəl dərdimi qan, a kəklik.
Gəlin kimi ayağına,
Sən qoymusan xına, kəklik.

Başın yaşıl, gözün qara,
Oxşayırsan nazlı yara,
Qaçma bizdən uzaqlara,
Qal bu yerdə, sona kəklik.

Qış sovuşub yaz gələndə,
Qız, gəlinlər gül dərəndə,
Onlara gəl qarış sən də,
Qaçma məndən yan, a kəklik.

Azad dolan bizim yerdə,
Son qoymuşuq qəmə, dərdə,
Aşıq Bilal məclislərdə
Nəğmə desin sana, kəklik.


 

İfa edir: Aşıq Vüqar Mahmudoğlu
Loading the player...

 

İfa edir: Aşıq Fəzail Miskinli və qızlar ansamblı
Loading the player...

 

 

 

 
 





Yuxarı