Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Xəstə Qasım. "DÜNYA"


Gəl, bir səndən xəbər alım,
Süleymandan qalan dünya.
Əzəli gül kimi açıb,
Axırında solan dünya.

De görüm, nəyə talıbsan,
Dərsini kimdən alıbsan?
Neçə min yol boşalıbsan,
Neçə min yol dolan dünya.

Xəstə Qasım, qalıb naçar,
Bu sirri bəs, kimlər açar?
Gələn qonar, qonan köçər,
Hey salarsan talan dünya.

 

İfa edir: İlkin Borçalı.
Loading the player...

 

 

 

 
 





Yuxarı