Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Şəmşir. "SƏNİN"


Mən nə dedim, ay sevgilim, 
Xətirinə dəydi sənin?
Kəc baxışın aldı canım,
Mənə qəhrin nəydi sənin?

Ay beinsaf, ay beilqar,
Etibarsız, amansız yar,
Niyə mənnən keçdin kənar,
Yoxsa axlın səydir sənin?

Şəmşirə bir yar demirsən,
Eşq odunu söndürmürsən, 
Sən aşığı dindirmirsən,
Yoxsa əslin bəydir sənin?

 

İfa edir: Aşıq Şəmşir
Loading the player...

 

 

 

 
 





Yuxarı