Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Dirili Qurbani. "DOLANA-DOLANA"


Alçaq yerdən duman qalxar,
Dağı dolana-dolana,
Göy üzünü alar bulud,
Mahı dolana-dolana.

Kimi ağa, kimi nökər,
Nökər olan cəfa çəkər,
Bülbül ağlar, qan-yaş tökər,
Bağı dolana-dolana.

Qurbani murada yetdi,
Canan gəldi, burdan ötdü,
Nobat gəldi, mana yetdi.
Saqi dolana-dolana.


 

İfa edir: Aşıq Solmaz Kosayeva.
Loading the player...

 

 

 

 
 





Yuxarı