Gəraylı
Aşıq Pənah Pənahov. "ANA KÜRÜM"
Nəğmə deyər şirin-şirin,
Ay mənim ana Kürüm.
Bəzəyisən sən bu elin,
Ay mənim ana Kürüm.
Kür Bakıya axdı gəldi,
Döşə çiçək taxdı gəldi.
Sevinməyin vaxtı gəldi,
Ay mənim ana Kürüm.
Kür axdıqca Abşerona,
Boz çöllər də gəlir cana.
Bakı girir min bir dona,
Ay mənim ana Kürüm.
Sən Pənahın dirəyisən,
Arzususan, diləyisən,
Sərinləyən ürəyisən,
Ay mənim ana Kürüm.
"Pənah gözəlləməsi" havası. İfa edir: Aşıq Pənah
Loading the player...