Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Aşıq Mikayl Azaflı. "DEYƏMMƏRƏM"


Ürəyimdə min dərdim var,
Bil, aşkara deyəmmərəm.
Mənim işim haqq ilədir,
Zülümkara deyəmmərəm.

Atam qoca təbiətdi,
Anam eşqi-məhəbbətdi.
İlk sevgilim həqiqətdi,
Gedib hara, deyəmmərəm.

Dostdur dostu satan, alan,
Quyu qazan, oda salan.
Düzə əyri, haqqa yalan,
Çəkin dara, deyəmmərəm.

Fələk məni vurdu dağa,
Göydən qar, buz yağa-yağa.
Deyiblər ki, olacağa,
Yoxdur çara, deyəmmərəm.

Azaflını dərd alsa da,
Can qəzaya uğrasa da,
Dövran məni doğrasa da,
Ağa qara deyəmmərəm.


 

İfa edir: Aşıq Mikayl Azaflı.
Loading the player...

 

İfa edir: Aşıq Telli Borşalı
Loading the player...

 

 

 

 
 





Yuxarı