Aşıq sənəti / Aşıq poeziyası / Gəraylı
Gəraylı
Şair Məmmədhüseyn. "OYANMAZ"


Yönü bəri duran dağlar,
Yatıb oyanmaz, oyanmaz.
Üstündəki ağır ellər,
Yatıb oyanmaz, oyanmaz.

Gəldim yarın xanasına,
Laçın qonmaz binəsinə,
Əlim qoydum sinəsinə,
Yatıb oyanmaz, oyanmaz.

Qurbanam qələm-qaşına,
Gör, nələr gəldi başıma,
Səs verrəm dostum guşuna,
Yatıb oyanmaz, oyanmaz.

Yarım yaman yatmış idi,
Müşk-ənbərə batmış idi,
Ürbəndini atmış idi,
Yatıb oyanmaz, oyanmaz.

İgidin dönməsin əhdi,
Yana çevirməsin təxti.
Məmmədhüseynin qara bəxti,
Yatıb oyanmaz, oyanmaz.


 

"Heydəri" havası. İfa edir: Ələsgər Tağıyev
Loading the player...

 

 

 

 
 





Yuxarı